İdman
İdman
"Parma" baş məşqçisini istefaya göndərib
"Parma"da baş məşqçi istefası reallaşıb.
Mumtv.az bildirir ki, rəhbərlik Roberto Daversanı istefaya göndərib.
Klubun mətbuat xidməti 45 yaşlı mütəxəssisin vəzifəsindən kənarlaşdırıldığını bəyan edib. Buna səbəb kimi isə komanda daxilində birliyin pozulması göstərilib. Daversa A seriyası təmsilçisini 2016-cı ilin dekabrından çalışdırırdı.
Qeyd edək ki, "Parma" geridə qalan mövsüm çempionatda 49 xalla 11-ci yeri tutub.