Hadisə
Hadisə
Ağcabədidə “Toyota” aşdı, ölən var
Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən MUMTV.az-a verilən məlumata görə, sentyabrın 11-də saat 11 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Saatlı rayon sakini Mehdi Nəsirov idarə etdiyi "Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Trend.az