Hadisə
Hadisə
Bakıda qonşusunu bıçaqlayıb qaçan şəxs iki ay sonra tutuldu
Bakıda qonşusunu bıçaqlayan şəxs tutulub.
Mumtv.az Trend-ə istinadən xəbər verir ki, hadisə iyulun 2-də paytaxtın Sabunçu rayonunda baş verib.
Bildirilib ki, rayon sakini İmamverdiyev Gülağa Vahab oğlu mübahisə nəticəsində qonşusu Ağayev Mahir Əlövsət oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb.
Faktla bağlı başlanan cinayət işi üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən G.İmamverdiyev avqustun 31-də tutularaq istintaqa cəlb edilib.