Hadisə
Hadisə
Bakıda avtomobil piyadanı xəstəxanalıq etdi
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mumtv.az bildirir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Rayon sakini, 1994-cü il təvəllüdlü Məmmədli Habil Ceyhun oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub.
O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
(Lent.az)