Hadisə
Hadisə
Maşın aşdı, sürücü öldü - Foto
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Mumtv.az "Qafqazinfo”nun xəbərinə əsasən bildirir ki, hadisə Goranboy - Ağcakənd yolunun Safıkürd kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Mercedes” markalı avtomobilin sürücüsü Behbudov Tapdıq idarəetməni itirərək maşını yolun kənarına aşırıb. O, aparıldığı xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.