Hadisə
Hadisə
Bakıda karantin postunda polisi maşın vurdu
Bakının Suraxanı rayonunda polis əməkdaşının xəsarət almasına səbəb olan yol qəzası baş verib.
Mumtv.az Hit.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis nəzarət postunda qeydə alınıb. Minik avtomobili 1996-cı il təvəllüdlü Məmmədli Elşən Vadim oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.