Hadisə
Hadisə
Yolu keçən üç qadını maşın vurdu
Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.
"MUMTV.az” APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xətai prospektində qeydə alınıb. "Mercedes” markalı maşın yolu keçmək istəyən piyadalar – 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızını vurub. Hər üç piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.