Hadisə
Hadisə
İntihara cəhdin qarşısı alındı - VİDEO
Hacıqabulda intihara cəhdin qarşısı alınıb.
Mumtv.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunda dəmiryolu stansiyasının ərazisində 1 nəfər hündürlüyü təxminən 30 m olan konstruksiyanın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.