Hadisə
Hadisə / İdman
Dağıstanlı futbolçular koronavirusa yoluxdu, xəstəxanaya getmədi
Rusiyanın "Anji" klubunun bir neçə futbolçusu koronavirus infeksiyası keçirib.
Mumtv.az bildirir ki, bu barədə "RİA Novosti"yə Mahaçqala təmsilçisinin baş direktoru Absalutdin Ağarəhimov məlumat verib.
O, oyunçuların durumlarının ciddi olmadığını söyləyib. Klub rəsmisi heç kimin xəstəxanaya getmədiyini vurğulayıb. Ağarəhimov futbolçuların bəzilərinin temperaturunun qalxdığını, bəzilərinin isə qoxu hissini itirdiyini deyib. O, bütün oyunçuların evdə müalicə olunduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, indiyədək Dağıstanda 5858 koronavirusa yoluxma halı aşkarlanıb, 303 nəfər ölüb.
(Aqreqrator.az)