Hadisə
Hadisə
"Zırpaket" uşağın barmaqlarını qopardı
Rusiyada azyaşlı uşağın əlində pirotexniki məhsul olan partlayıcı vasitə partlayıb.
"MUMTV.az" xarici mətbuata istinadən xəbər verir ki, 10 yaşlı uşağın üç barmağı pirotexnik vasitənin partlaması nəticəsində qopub.
Həkimlər uşağın vəziyyətinin stabil olduğunu, amma yeni ilin ilk həftəsini xəstəxanada keçirəcəyini söyləyib.
Qeyd edək ki, sözügedən pirotexnik vasitələr Azərbaycanda da geniş istifadə edilir./Yeni Sabah