Hadisə

İran rejiminin Abbas Lisani xətası – “Bu qərarı çıxaranlar peşman olacaq” – Aqil Camal
 
 
 
 

 
 

 
 
 
 
 

Son zamanlar İran hakimiyyəti milli fəallara qarşı təzyiq və təqibləri artırıb. 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Abbas Lisaninin 16 il müddətinə azadlıqdan məhrum edilməsi də bunun bariz nümunəsidir.

Maraqlıdır, İran hakimiyyətinin təzyiqləri artırma səbəbi nə ilə bağlıdır?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal İran hakimiyyətinin Abbas Lisani ilə bağlı qərara görə peşman olacağını diqqətə çatdırıb: 

"Adətən, praktikada da belədir ki, Apellyasiya Məhkəməsi cəzanı yüngülləşdirir,  yaxud da ondan əvvəl qəbul edilmiş hökmü qüvvədə saxlaır.  Yəni apellyasiya sözü insanda bu təəssüratı yaradır. Amma İran rejiminin məhkəməsi bu gün göstərdi ki, İran təkcə insan haqlarına deyil, bütövlükdə hüquq anlayışına qarşı dayanıb. 8 il iş verilmiş, ağır cəzaya məhkum edilmiş şəxsin cəzasını daha da artırırlar. Halbuki dünya praktikasında rast gəlinməyən bir haldır ki, Apellyasiya Məhkəməsi ikiqat ağırlaşdırıcı qərar qəbul etsin. Hesab edirəm ki, bu, milli hərəkatın qarşısını almaq və milli fəalların gözünü qorxutmaq üçün atılmış bir addımdır. Amma Abbas Lisaninin cəzasının daha da ağırlaşdırılması ilə bağlı qərar Güney Azərbaycanda milli hərəkata daha da stimul verəcək və həmin o qərarı çıxaranlar  etdikləri tarixi səhvə görə peşman olacaqlar”. 

Aqil Camal bildirib ki, təzyiqlər milli haqlar uğrunda mübarizənin genişlənməsi ilə bağlıdır: 

"Təzyiqlərin güclənməsinə səbəb günü-gündən ölkədə milli haqların, dil haqqının, digər mədəni haqların tələb olunmasının artması ilə bağlıdır. Əvvəllər divarlarda şüarlar yazmaqla etiraz edilirdisə, indi rəsmi instansiyalarda, hətta İran parlamentində azərbaycanlı millət vəkilləri tərəfindən milli-mədəni haqların təmin olunması ilə bağlı tələblər artır. Eyni zamanda İran ətrafında cərəyan edən hadisələr onları qorxuya salır. Baş verənlər İran rejimi tərəfindən müzakirə olunarkən onlar hesab edirlər ki, Güney Azərbaycan məsələsi İranı qarşıda gözləyən dəyişikliklərdə ən mühim faktordur. Bu baxımdan həmin faktoru zəiflətməyə çalışırlar. Lakin artıq cin şüşədən çıxıb, ona görə bu tədbirlər yalnız inzibati xarakter daşıyır”. 


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər