mumtv.az
mumtv.az

“Delfin” və “Golden Fish” istirahət mərkəzləri qanunları pozdu - DİN

“Delfin” və “Golden Fish” istirahət mərkəzləri qanunları pozdu - DİN
16-07-2021, 15:15 79 dəfə baxılıb

“Delfin” və “Golden Fish” istirahət mərkəzləri qanunları pozdu - DİN

 

 
Mumtv.az: -  Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında, çimərliklərdə sanitariya-gigyena qaydalarına riayət edilməsi ilə bağlı tədbirləri davam etdirir. Bu barədə  DİN-dən verilən məlumatda deyilir.

İyulun 14-də keçirilən növbəti belə tədbirlər zamanı Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən "Delfin” və Nardaran qəsəbəsində yerləşən "Golden Fish” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinin (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) tələblərini pozduqlarına görə həmin istirahət mərkəzlərinin sahibləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilib.

Xəzər rayonunun Şüvəlan qəsəbəsində keçirilən tədbir zamanı isə "Mirvari” istirahət mərkəzinin ərazisində məişət və digər qarışıq tullantıların qalaqlanması aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə həmin istirahət mərkəzinin sahibi barəsində də inzibati xəta haqqında protokol tərtib edilib.//dia.az

Bu istiqamətdə tədbirlər davam etdirilir.
 

“Delfin” və “Golden Fish” istirahət mərkəzləri qanunları pozdu - DİN

 


“Delfin” və “Golden Fish” istirahət mərkəzləri qanunları pozdu - DİN

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA