Hadisə
Hadisə
Saatlıda qanunsuz işlədilən trenajor zalı aşkarlanıb, 5 nəfər cərimələnib
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
Mumtv.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupuna istinadən xəbər verir ki, bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə istifadə olunan trenajor zalı aşkar olunub.
Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini müəyyən edib.
Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.