Gündəm
Gündəm / Mədəniyyət
Naxçıvan Toxumçuluq Mərkəzi yaradılıb - FƏRMAN
Naxçıvan Muxtar Respublikasında "Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.
Mumtv.az "Report" a istinadən xəbər verir ki, bununla bağlı Ali Məclisin Sədri Vasif Talıbov Fərman imzalayıb.
Belə ki, "Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində "Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.
"Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.