"Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Mumtv-nin məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 5-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla "Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılıb. /Publika.az/