Gündəm
Gündəm / Hadisə
Vətən Müharibəsi qazisi koronavirusdan öldü - FOTO
Vətən Müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.
Mumtv.az Sonxeber.az a istinadən xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib.
Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib .
Qeyd edək ki. E.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.
Allah rəhmət eləsin!