Dünya
Dünya / Səhiyyə
ABŞ-da bir gündə 40 minədək insan COVID-19-a yoluxub, mindən çox insan ölüb
ABŞ-da son sutka ərzində 1056 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.
Mumtv.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Beləliklə ABŞ-da indiyə qədər koronavirusdan ölənlərin sayı 185 752 nəfərə çatıb.
Son 24 saat ərzində 39 670 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da ABŞ-da indiyə qədər infeksiyaya yoluxanların ümumi sayı 6 115 030 nəfərə çatıb.
İnfeksiyaya yoluxanlardan 2 milyonu sağalıb.