Gündəm

 Xətai RİH təzminatı ödəmədi: İş adamı Prezidentdən kömək istədi - ŞİKAYƏT, FOTO

 

 
Məlum olduğu kimi, Bakının bir çox ərazilərində aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar bir sıra tikililər sökülüb. Prezidentin fərmanına əsasən mülk sahiblərinə qanuni təzminat ödənilib. Lakin bəzi mülk sahibləri və iş adamları hələ də təzminat ala bilmədiklərini iddia edirlər.
 
Mumtv.az bildirir ki, unikal.org-a açıqlama verən hüquqları pozulan, dörd ildir ki, 1.5 milyon manat dəyərində olan zavoduna 360 min manat təzminat hesablanan Hüseynov Məcid Mirsuca oğlu Xətai rayon İcra Hakimiyyətinin rəhbər şəxslərindən narazıdır. O bildirib ki, icra hakimiyyətinin rəhbər şəxsləri münasibətlərdən sui-istifadə edərək onu aldadıblar və bu günə kimi qanuni təzminatını ala bilməyib.

Məlumat üçün bildirək ki, Bakı şəhəri, Babək prospekti 2210 ünvanında yerləşən və onun mülkiyyətində olan 1200 kv.m qeyri-yaşayış sahəsinə Azərbaycan Prezidentinin 26.12.2017-ci il tarixli fərmanına əsasən sökülən tikinlinin 1 kv.m-i üçün 20 faiz əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 300 manat müəyyənləşdirilərək mülk sahibinə hesablanmış 1200 kv.m tikilisi üçün cəm i alacağı təzminat 360 min manat olub. Bu məqamlar Xətai rayon İcra Hakimiyyətinin həmin dövrdəki başçısı Razim Məmmədov imzasıyla təsdiqlənən razılaşma aktında öz əksini tapıb. Kompensasiyanın ödənilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının 19.04.2018-ci il tarixli, 120 saylı sərəncamı ilə təsdiqlən tərkibdəki komissiyanın razılığı ilə Hüseynov Məcid Mirsuca oğluna 360 min manat təzminat ödənilməli idi. Lakin şikayətçi bu günə kimi Xətai rayonunun yeni icra başçısı Rafiq Quluyevin bununla bağlı heç bir addım atmadığını qeyd edib.
 

 Xətai RİH təzminatı ödəmədi: İş adamı Prezidentdən kömək istədi - ŞİKAYƏT, FOTO

 

Xətai RİH təzminatı ödəmədi: İş adamı Prezidentdən kömək istədi

Hüquqları pozulan iş adamı deyir ki, hər zaman dövlətin qoyduğu qanunlara əməl edib və 1.5 milyonluq mülkünün 360 min manat təzminat qarşılığında sökülməsinə də bu səbəbdən razılıq verilib:

"Mən iş adamıyam, həmin müəssisədə 20-dən çox adam çalışırdı. Lakin 4 ildir ki, iş yerimiz yoxdur. Heç olmasa, təzminatı ala bilsəydik, yeni bir müəssisə qurardıq. Yenidən işə başlayıb həm öz ehtiyaclarımızı qarşılayardıq, həm də dövlətimizə xidmət edərdik. Uzun müddətdir ki, müxtəlif instansiyalara müraciət emişəm. Hərə məsuliyyəti birinin üstünə atır. Prezident Administrasiyasından tutmuş bütün aidiyyatı qurumlara müraciət eləmişəm, hələ də ortada bir nəticə yoxdur. Mətbuat vasitəsiylə cənab Prezidentə müraciət edirəm ki, qanuni haqqımızın verilməsində yardımçı olsun. İnanıram ki, bu məsələ tezliklə öz həllini tapacaq”.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər