Gündəm

Bu cür idarəçilik Afrikada da yoxdur - 1-ci qrup əlildən odlu çıxış// VİDEO

"Millət necə tarac olur, olsun.
Nə işim var?!
Düşmənlərə möhtac olur, olsun.
Nə işim var?!"

Yox,bu sözləri bu dəfə biz demirik.

Bu dəfə bu misraları bizə Samux rayon Sərkar kənd sakini Məmmədov Elşən Mayor oğlu dəfələrlə onun üzünə qapı açmayan 73 yaşlı İcra başçısı Alı Qocayevin adından səsləndirdi.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına sakini olduğu Samux rayonunun İcra Hakimiyyəti başçısı Alı Qocayevdən gileylənən Elşən Məmmədov 1-ci qrup əlildir. Əmək qabiliyyətini tamamilə itirmiş əlilin yeganə gəlir yeri aldığı təqaüddür. Onu da deyir elə Alı Qocayevin qəbuluna düşüb, dərdini danışmaq ümidilə hər dəfə taksilərə xərcləyir.

Amma, Samux rayonun İcra Hakimiyyətinin bir özəlliyi də diqqətimizi çəkdi.

Redaksiyamıza müraciətində İcra başçısının özünün deyil, müavinlərinin qəbul etdiyindən gileylənirdi bəziləri.
Amma, sən demə Samux rayon sakinləri onlardan da acınacaqlı durumda İmişlər.

Elşən Məmmədov deyir ki, "mən dəfələrlə pensiyamı yollara xərcləyib İcra Hakimiyyətinə gedirəm dərdimi deyim. Məni nə İcra başçısı Alı Qocayev, nə müavinləri Arif Ağayev, Tahir Qarayev, Rövşən Qurbanov və digər həyətlərdən də heç kimsə qəbul edib, məni dinləmir."

Ə. Məmmədov onu da bildirir ki:
- "bir dəfə başçının müavini Arif Ağayev məni dinləyib, cavab verdi ki, "büdcədə pul yoxdur. Ona görə də köməklik edə bilmərik."
Gündə deyirlər yol çəkirik. Hara yol çəkirlər ki, biz onu görmürük. Bəs bu qədər yığılan torpaq pulu, filan hara gedir?
Hara işlədirsiniz o pulları?"

Samux rayon sakininin yerli İcra Hakimiyyətinə və digər səlahiyyətli şəxslərə ünvanladığı bu sual yəqin ki, cavabını hələ çox axtaracaq və güman ki, tapmayacaq da.

Çünki, internet üzərindən kiçik araşdırma aparıb öyrəndik ki, bu kimi suallar doğuran məsələlər 73 yaşlı məmur Alı Qocayevin təcrübəsində ilk deyil. Samux rayonuna İcra Hakimiyyəti başçısı təyin edilməzdən əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. Binəqədi rayon M.Rəsulzadə qəsəbəsindəki Heydər Əliyev parkının sözdə bərpası üçün götürdüyu 4.000.000 (dörd milyon) manat məbləğin hara xərcləndiyi sualı da illərdir ki, cavabsız qalıb.

Vətəndaş Elşən Məmmədovun digər sualı olan "məni niyə qəbul etmirsiniz?" sualı da həmçinin cavabsız qalıb.

Güman edirik ki, məsələ içtimailəşdirildən sonra bəlkə heç olmasa bu suala cavab verən bir səlahiyyət sahibi tapılacaq.

Qeyd: DogruXeber.az-a Samux rayonundan daxil olan bu kimi mənfi hallar, vətəndaş hüquqlarının pozulması, İcra başçısı tərəfindən qəbul edilməmək, və sair kimi narazılıqlar barədə məlumatlar çoxdur.

Ardıcıllıqla hamısı yaxın günlərdə agentliyimiz tərəfindən yayımlanacaq.

P.S: Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini öyrənmək məqsədilə Samux rayon İcra hakimiyyətinin şəxsi internet səhifəsində yerləşdirilən telefon nömrələri vasitəsilə əlaqə saxlamağa çalışdıq. Lakin, telefonların dəstəyini qaldıran olmadı.


Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


 


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər