Gündəm

İcra başçısı işçisini həbsdən xilas etdi - Elşən Salahovu qorxudan nədir?

MUMtv.az: - Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilən qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalovun qısa müddət sonra azadlığa buraxılması ilə bağlı müəmma davam edir.

Xatırladırıq ki, əməliyyat bu ilin mart ayında Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilib. Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.

Aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.

İcra başçısı işçisini həbsdən xilas etdi - Elşən Salahovu qorxudan nədir?


Yeni məlumatlarda iddia olunur ki, keçmiş şöbə müdirinin azadlığa buraxılmasında yerli hakimiyyətin, daha dəqiq desək, Xəzər rayonunun icra başçısı Elşən Salahovun böyük rolu olub. Bu da səbəbsiz deyil. Çünki Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.

Onun ifadələri əsasında Xəzər Rayon İcra Hakimiyətinin rəhbərliyi də dindirilib. İddia olunur ki, Tural Zeynalov törətdiyi qanunsuz əməllərin özfəaliyyət olmadığını bildirib. Ən əsası o, "Türkan bulvarı” ərazisinə dair Xəzər Rayon İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb. Nəticədə xeyli sayda vətəndaşın torpaq sahəsi saxta sənədlər əsasında başqalarına satılıb. Bununla bağlı mediada Türkan qəsəbəsinin sakinləri Əzizəxanım Atayeva və Xumara Şabanovanın açıqlamaları yer alıb. Onlara məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi də başlanıb.

Beləliklə, Tural Zeynalovun həbsi daha bir neçə vəzifəli şəxsin məsuliyyətə cəlb olunması ilə nəticələnə bilərdi. Bu baxımdan, Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin onun azadlığa buraxılması üçün hərəkətə keçməsi barədə iddiaların əsassız olmadığına dair şübhələr artır.

Onu da qeyd edək ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə "Audi-6”, "Niva” "Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident İlham Əliyevin 5 fevral 2019-ci il tarixli sərəncamı əsasında bu vəzifəyə təyin olunub. Bundan əvvəl həmin qurumda birinci müavin vəzifəsində çalışıb. Elşən Salahovun icra başçısı təyin olunması hakimiyyətin islahatlara və korrupsiyaya qarşı mübarizəyə start verdiyi dövrə təsadüf edir. // Pia.az

 


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər