Gündəm
Gündəm / Siyasət / Cəmiyyət / Sosial / Foto
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Əmək Müfəttişliyi və Hesablama Palatası Azərbaycan Dövlət Televiziyasında (AzTV) yoxlamalara başlayıb.
Mumtv.az: - Bu miqyasda yoxlamalar adətən həbslərlə nəticələnir. Belə də olmalıdır.
R.Məmmədovun yaxını, AzTV-nin Baş prodüserri Nazilə Babayeva 8 min manat maaş alır.
Eləcə də televiziyanın Bəddi rəhbəri Ranar Musayev və Sərvər Bayramov...
Məsələ bundadır ki, məişət, şou, al-ver sahəsindən dövlət kanalına zənbillə düşən bu şəxlər fantastik məbləğdə maaş alsalar da, televiziyanın peşəkar əməldaşlarına 250-500 manat maaş verirlər.
Televiziyada bərbər, idman zalı, çay evi açıblar və bütün bunları R.Məmmədova, onun ailə üzvlərinə, R.Musayevə məxsusdur. İşçiləri də məcbur edirlər ki, xidmətlərdən yalnız burada istifadə etsinlər.
R.Məmmədov başda olmaqla, bu şəxslər qısa müddətdə Bakıda villalara, yeni tikilən göydələnlərdə bahalı mənzillərə sahibləniblər.
AzTV-nin Kadrlar şöbəsinin müdiri İlhamə Hüseynova R.Məmmədovun həyat yoldaşı Ramilə Məmmədovanın rəfiqəsidir. Dövlət televiziyası rəsmən ailə şirkətinə çevrilib.
Əldə etdiyim məlumata görə, AzTV-də o qədər böyük saxtakarlıqlar həyata keçirilir ki, hazırda orada yoxlama aparan təşkilatlar xeyli miqdarda sənədləri maşınlara yükləyib ekspertizaya aparıblar.
P.S. Ardını daha detallı şəkilə işıqlandıracam.// Teref.az