Gündəm

Korrupsioner məmurlar təşvişə düşüb
Hakimiyyətin korrupsiayaya qarşı həbslərlə müşayiət olunan mübarizəsi məmurları məsuliyyətdən yayınmaq üçün qabaqlayıcı tədbirlər görməyə vadar edib.

REPORTYOR.info xəbər verir ki, adı daha çox korrupsiyada hallanan icra başçıları və digər vəzifəli şəxslər əmlaklarını yaxınlarının adlarına keçirməklə iz itirməyə, eyni zamanda çirkli pulları yumağa çalışır. Bu, Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı açıqlamadan da aydın görünür. Açıqlamada qeyd edilir ki, Alimpaşa Məmmədovun mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus "Az Forel” MMC-yə yönəldib. Beləliklə, açıqlamadan yuxarıda qeyd etdiklərimizin əsassız olmadığı anlaşılır.

Yeri gəlmişkən, DTX-nın bu faktı qabartması da yenilikdir. İndiyə qədərki həbslərlə bağlı açıqlamalarda belə bir detala rast gəlinməyib. Baxmayaraq ki, Alimpaşa Məmmədova qədər tutulan icra başçılarının da oxşar addımlar atmadığına şübhələr var.

İqtisadçı ekspert Rövşən Ağayev də bu detala xüsusilə diqqət çəkib.

"Şəmkirin kreslodan birbaşa həbsə göndərilən icra başçısı ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasında 2 maraqlı detal diqqəti çəkir. Detallardan biri budur ki, mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus "Az Forel” MMC-nin balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəlib, nəticədə cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmasına şübhələr yaranıb.

Bəlkə diqqətimdən qaçıb, bu günə qədər heç bir məmurun həbsi zamanı rüşvət yolu ilə qazandığı vəsaitləri biznes layihələri hesabına leqallaşdırmasına dair ittihamların irəli sürülməsi təcrübəsinə rast gəlməmişəm”, – deyə iqtisadçı ekspert bildirib.

Onun fikrincə, əgər artıq vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin əmlakın mənbəyinin sorğulanması presedenti yaranırsa, bunu davam etdirmək pis olmaz:

"Əmlak reysterində, banklarda hər kəslə bağlı məlumatlar var. Çox təcili gəlir və əmlak bəyannaməsinə keçib hər kəsi dəqiq məlumatlar əsasında sahib olduqlarını cəmiyyətə açıqlamağa məcbur etmək lazmdır. Artıq bu vəziyyətdə cəmiyyətin ortaq razılaşması əsasında vəzifədən getmək, siyasi hakimiyyətlə bütün bağlarını kəsmək, qanunsuz qazandıqlarının bədəli olaraq müəyyən hissəsini dövlət büdcəsinə vergi formasında ödəmək şərtilə maliyyə amnistiyası aktuallaşa bilər.

Açıqlamadakı digər vacib detal icra başçısının yalnız ittiham aktına düşən sərvətinin dəyərilə bağlıdır. Məlum olur ki, təkcə bu əmlak hesabına sərvətin dəyəri az qala 5 milyon manatdır.

Hər halda təcrübə göstərir ki, müəllimin bahalı mənizlləri və maşın kolleksiyası da olmamış deyil, əks halda Azərbaycansayağı sərvət ansamblı pozulmuş olar.

Ölkədə yüz minlərlə ailənin çörək pulu uğrunda mübarizə apardığı bu gözəl və cəfakeş vətənimizdə icra başçısının 10 milyonlara manat sərvət sahibi olması ölkədə əmlak və gəlir qeyri-bərabərliyinin fəlakətli miqyasını göstərir…”.

Son xəbərlər

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Bütün xəbərlər