Gündəm

Əhaliyə şad xəbər - Yeni iş yerləri açılacaq
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Ümumi Daxili Məhsulun (ÜDM) artımı ilə bağlı proqnoz özünü doğruldarsa, Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək. Ölkə iqtisadiyyatının böyüməsi isə öz növbəsində yeni iş yerlərinin açılmasına və istehsalın daha da artmasına gətirib çıxarır.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov 2020-ci ildə Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozu şərh edərkən deyib.

R.Həsənov ixracın təşviqindən də söz açıb. Ekspertin fikrincə, rəqabətli məhsul istehsalı və onun bazarlara təşviqi ixracın artması üçün əsasdır.

 

"Ola bilsin ki, iqtisadiyyat təkcə daxili tələbatın ödənilməsinə hədəflənən istehsal hesabına böyüsün. Amma bu, o demək deyil ki, ÜDM artsa, ixrac da mütləq genişlənəcək”, - deyə R.Həsənov əlavə edib.

Ekspert son illər ixracın təşviqi ilə bağlı müxtəlif addımlar atıldığını xatırladıb:

"Xüsusilə qeyri-neft sektoruna aid olan məhsulların ixracının artırılması məsələsi hazırda prioritetdir. Bu addımlar öz effektini verməkdədir. 2019-cu ilin nəticələrinə görə, qeyri-neft məhsullarının ixracında 15 faiz artım var. Buna bənzər tendensiyanın 2020-ci ildə ümumi nəticələrə təsir edəcəyini və ixracda öz əksini tapacağını demək mümkündür”.

Qeyd edək ki, Maliyyə Nazirliyi Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin hazırladığı proqnoza əsasən, 2020-ci ildə ÜDM-in real iqtisadi artımı 2,4 faiz artmaqla, 82,7 milyard manat olacaq.

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə, 1 milyard 316 milyon manat və yaxud 5,7 faiz çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427,7 milyon manat və yaxud 1,7 faiz çoxdur.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər