Gündəm

Müsavat Partiyası Çində uyğurlara qarşı törədilən cinayətlərin soyqırım kimi tanınması üçün Azərbaycan Milli Məclisinə müraciət edib.

Müraciətdə qeyd olunub:

Çin Xalq Resbublikasının ərazisində olan Sincan Uyğur Muxtar Rayonunda yaşayan uyğur türklərinə qarşı Pekin rejiminin diskriminasiya, soyqırım siyasəti uzun illərdir ki, davam edir. Sincan-Uyğur Muxtar Bölgəsi 1,65 milyon kv. km ərazisi ilə Çinin ən böyük inzibati-ərazi vahididir. Əhalinin 1953-cü ildəki siyahıyaalmasına görə burada əhalinin 75%-ni uyğurlar təşkil etdiyi halda ölkənin dominant etnosu olan han çinlilərinin sayı cəmi 6% idi. Mərkəzi hökumətin siyasəti nəticəsində 50 il ərzində demoqrafik vəziyyət dəyişdi və hazırda bu ərazidə uyğurların sayı 46%-ə düşüb (təxminən 10 milyon nəfər)hanların sayı isə 40%-i ötüb. Çin hökuməti belə demoqrafik siyasət yürütməklə müsəlmanları ölkə miqyasında olduğu kimi, bu bölgə daxilində də azlığa çevirməyə çalışır.

Hələ 2018-ci ilin avqust ayında BMT-nin insan haqları paneli "etibarlı hesabatlara” istinad edərək bildirmişdir ki, bir milyondan çox insan Sincanda ekstremizm əleyhinə mərkəzlərdə saxlanılır. Çin hakimiyyəti uzun illərdir ki, Sincan bölgəsini "böyük gizli əsir düşərgəsinə” çevirib.

Uyğurların bir qismi islah məqsədilə "Təhsil-islah mərkəzləri” adı altında xüsusi cəza düşərgələrində saxlanılır.

Çin dövlətinin uyğurlara qarşı apardığı insanlığa zidd, diskriminasiya, repressiya siyasətindən milyonlarla uyğurların əzab-əziyyət çəkdiyi artıq heç kəsə sirr deyil.

Sincanda yerli qanunvericiliyə edilən düzəlişlərə əsasən uyğurlar uşaqlarının dövlət məktəblərinə qəbulunun yasaqlanması, dini qaydalara əsasən kəbin kəsməyin qadağan olunması, pasportun verilməsinin məhdudlaşdılması kimi qadağalarla üz-üzədir.

Uyğur türlkərinə qarşı bu vəhşilik bütün dünyanın gözü qarşısında baş verir və bunun qarşısını almaq üçün təsirli tədbirlər həyata keçirilmir.

BMT, ABŞ, Kanada və bəzi Avropa ölkələri Çinin uyğurlara qarşı soyqırımı siyasətinə öz etirazlarını dövlət səviyyəsində bildirsə də, təssüf ki, Türk dilli və müsəlman dövlətləri, o cümlədən Azərbaycan insanlığa qarşı bu cinsyəyətə hər hansı rəsmi münasibət bildirməyib.

Müsavat Partiyası uyğur türklərinə qarşı bu cinayətlərlə bağlı məsələnin Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılması və soyqırım kimi tanınmasının zərururi olduğunu bəyan edir.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər