İqtisadiyyat

2020-ci ilin May ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 8 milyon 466 min ədəd təşkil edib.

​Mərkəzi Bankın statistikasına əsasən, cəmi ödəniş kartlarının sayı 2020-ci ilin yanvar-may ayları ərzində ötən ilin sonu ilə müqayisədə 1 milyon 200 min ədəd artıb. Kartların sayında artımın böyük hissəsi fermer kartlarının və 190 manat birdəfəlik yardımın alınması üçün kartların verilməsi ilə əlaqədardır. Belə ki, ilk 5 ayda sosial kartların sayı 915 min ədəd artaraq 3 milyon 198 min ədədə yüksəlib. O cümlədən, aprel – may aylarında isə sosial kartların sayında artım 544 min ədəd təşkil edib.

2020-ci ilin Yanvar ayından əməkhaqqı kartlarının sayı azalır. Bu, koronavirus ilə əlaqədar olaraq insanların iş yerlərini itirdiklərinə işarədir.

2020-ci ilin Yanvar ayının sonunda 2 milyon 355 min ədədə çatan əməkhaqqı kartları sonrakı aylar 29 ədəd azalaraq Mayın sonunda 2 milyon 326 min ədədə düşüb.

Əməkhaqqı kartları aprel ayında min ədəd, may ayında isə 7 min ədəd azalıb.

2020-ci ilin yanvar – may dövründə əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 161 min ədəd artaraq 1 milyon 930 min ədədə, kredit kartlarının sayı isə 115 min ədəd artaraq 912 min ədədə çatıb.

May ayında sosial kart olmayan digər debet kartlarının sayı 72 min ədəd, kredit kartlarının sayı isə 35 min ədəd artıb. Karantin dövründə kredit kartlarının sayının artması diqqəti cəlb edir.

(Aqreqrator.az)

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər