Gündəm


Ədəbi mühitin yazıçı - şair kimi tanıdığı Əjdər Ol (Cəbiyev) korrupsiya işi üzrə həbs edilib. Əjdər Cəbiyevin qardaşı Şahəli Cəbiyev bildirib ki, qardaşı ötən həftədən istintaq altındadır.

O, ədəbi fəaliyyətindən əlavə vaxtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Keçmiş nazir Səlim Müslümov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçiləndən sonra çox çəkmədən Ə.Ol da saxlanılıb. Lakin ona hansısa ittiham irəli sürüldüyü haqda rəsmi məlumat verilməyib.

Ə.Ol bir məmurdan daha çox ədəbiyyat adamı, şair kimi tanınıb. O səbəbdən şairin saxlanması ədəbi cameədə məyusluq doğurub. Onun həbsə göndərilməsi barədə rəsmi xəbər olmadığı və məhkəmə qərarı verilmədiyi üçün sərbəst buraxılacağına ümid edənlər var.

Ə.Olun yaradıcılığında sonuncu şeirlərindən biri Qarabağ haqda olub, həmkarları onu istedadlı qələm adamı kimi tanıyırlar, indi isə şair ƏƏSMN-dəki əməllərinə görə sorğu-suala tutulur.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı-şair Seyran Səxavət "Yeni Müsavat”a bildirdi ki, ölkədə xeyli korrupsioner var, ilk növbədə onları tutmaq lazımdır: "Əjdər istedadlı, yaxşı şair, istiqanlı yoldaşdır. Bu ölkədə korrupsiyaya bulaşanların hamısını tutandan sonra keçib yazıçını, şairi həbs eləmək olar. İntəhası, Əjdərin korrupsiyaya bulaşmasına inanmıram, inana bilmirəm”.

S.Səxavət hesab edir ki, məmləkətdə milyardlar yığıb tutulanlar var: "Onların hamısının oğurladığı pulu geri alıb Qarabağda işğaldan azad edilmiş 5-6 rayonu birdən-birə cənnətə çevirmək olar. Mənim fikrimcə, həmin məmurların pullarını alsınlar, sonra azadlığa buraxsınlar. Onlara da azadlığa çıxmağı arzu edirəm, amma xalqdan oğurladıqlarını qaytarsınlar.

Yəni xalq amnistiyası olsun, sonra xalq kimi yaşasınlar. Əjdərə də Allah kömək olun, inanmıram ki, belə iş görüb. İstedad adamı nataraz işlərlə məşğul olmağa qoymaz".

AYB-də İdarə Heyətinin üzvü, "Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə "Yeni Müsavat”a bildirdi ki, onun həbsinə təəssüf edir: "Mənim üçün iki Əjdər var, bir məmur Əjdər, bir ziyalı-yazıçı Əjdər... Nə demək olar, Allah qapısını açsın. Əjdər Vətənini sevən oğlandır. Onun Azərbaycan, Vətən haqqında gözəl şeirləri var. Ədəbiyyat sahəsində böyük nüfuza malikdir".

Q.Nəcəfzadə ümid edir ki, hüquq-mühafizə orqanları işi obyektiv araşdıracaq və onu azad edəcəklər: "İnanıram ki, Əjdər Ol günahsızdır”. Qeyd edək ki, Əjdər Ol 1958-ci il avqustun 17-də Hacıqabulda anadan olub.

Prezident Aparatında Milli məsələlər üzrə məsləhətçi, "Şur” nəşriyyatında baş redaktor, Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi işləyib.

Sonrakı illərdə Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru, Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri vəzifələrində çalışıb.

Son iş yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. O, fevralın 8-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
"Yeni Müsavat”

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər