Gündəm

Nərminin qatili ilə bağlı YENİ XƏBƏR VARBaş prokuror Kamran Əliyev ötən il yanvarın 6-da küçədə yanmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı aparılan istintaq üçün məhkəməyə müraciət edib.

 Mumtv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, N.Quliyevanın qətlində qonşusu İlkin Süleymanov ittiham edilir. Lakin İ.Süleymanov artıq 13 aydır ki, həbsdə saxlanılsa da, istintaq yekunlaşmır.

 

Prosessual qanunvericiliyə görə, istintaq 13 ay ərzində yekunlaşmalıdır. Cinayət işində təqsirləndirilən şəxslərin sayının çox olması, yaxud iş materiallarının çox olması səbəbindən Baş prokuror və ya onun birinci müavini zərurət olduğuna görə istintaqı daha 6 ay uzada bilər.

Bu işə baş prokurorun birinci müavini prosessual rəhbərlik etdiyi üçün Baş prokuror Kamran Əliyev özü fevralın 1-də Nəsimi rayon məhkəməsinə müraciət edərək istintaqın daha 4 ay uzadılmasını istəyib. Məhkəmə K.Əliyevin təqdimatını təmin edib və İ.Süleymanovun daha 4 ay həbsdə qalmasına qərar verilib. Baş prokuror müddətin artırılması zərurətini iş materiallarının çox olması ilə əsaslandırıb.

İstintaqın işi məhkəməyə göndərmək üçün bu dəfə artırılan 4 aydan əlavə 2 ay da vaxtı var. Qanun 13 aydan sonra maksimum 6 ay uzadılmaya imkan verir. Daha sonra isə ya iş sübutlarla birgə məhkəməyə göndərilməli yaxud da cinayət işinə xitam verilərək İ.Süleymanov azadlığa buraxılmalıdır.

İ.Süleymanovun vəkili Əlibaba Rzayev bildirib ki, Nəsimi rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.

Ə.Rzayev qeyd edib ki, bu işlə İ.Süleymanovun əlaqəsi olmadığı üçün ortada sübut da yoxdur: "İstintaq da sübut formalaşdıra bilmədiyi üçün iş məhkəməyə göndərilə bilmir".

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər