Gündəm

gdu ile ilgili görsel sonucu
DİA.AZ: - Gəncə şəhər Prokuroru Azad Qarayev cənablarına Göygöl şəhəri Nizami küçəsi ev 26 ünvanında yaşayan GDU-nun ümumi fizika kafedrasının baş müəllimi Fikrət Hacıyev Bala oğlu tərəfindən müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prokuror! Bildirirəm ki, baş müəllimi olduğum GDU-nun fizika və texniki fənlər fakültəsində 08.02.2020 tarixində fizika müəllimliyi ixtisasının 32 qrup alt qrupunun 4 tələbəsindən mənim tədris etdiyim Radiofizika fənnindən yazılı imtahan keçirildi. İmtahanın nəticələrini yoxlayan zaman aydın oldu ki, ancaq bir tələbənin sualları mənim əvvəlcədən hazırladığım imtahan biletinin sualları ilə eynidir. Ancaq cavablar tamamilə qatışdırıldığından və məsələ həlli isə tamamilə səhv olduğu üçün sıfır balla qiymətləndirdim. Qalan üç tələbənin cavablarına əvvəlcə 19, 20 bal yazsam da, sonrakı yoxlamalar zamanı məlum oldu ki, yazılan cavablar heç bir biletdə olan suallara aid deyil. Bunun dərhal aşkar olunmamasının səbəbi isə nədənsə biletlərin nömrələnməməsi olmuşdur. Sonra diqqətlə baxıldıqda 4 cavabın da eyni xətlə yazıldığını gördüm. Buna imtahanın nədənsə şənbə günü keçirilməsi və saat 12 radələrində fakültəyə gələndə tələbələri orda görməməyim şübhə yaradır ki, tələbələr rüşvət müqabilində heç imtahana də gəlməmiş və onların əvəzinə müəllimlərdən kimsə özü tapa bildiyi sualların cavabını yazmışdır.

Cənab Prokuror! Bir neçə ay əvvəl GDU kafedra müdirinin DTX əməliyyatı nəticəsində elə iş yerində saxta diplom satışına görə həbs olunmasından sonra da GDU-da faktiki olaraq heç imtahana da gəlməyən tələbələrin əvəzinə müəllimlərin cavab yazmaları çox təəccüblüdür. Axı bu faktın özü elə tələbələrə verilən diplomların da satılan saxta diplomlardan heç nə ilə fərqlənmədiyini sübut edir. İndi aydın olur ki, niyə GDU məmurları Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşı kimi məni işdən qovmaq üçün şərləyib, məhkəmələrdə süründürürlər. Mən tələbələrdən rüşvət almadığım üçün bu mütəşəkkil dəstənin cinayət əməllərinə mane oluram. İndiyə kimi etdiyim şikayətlərə qanuna müvafiq baxılmadığına görə 52, 29 və 19 sutkalıq aclıq aksiyaları keçirməli olmuşam. Bunu nəzərə alıb, araşdırılma aparıb, rüşvət müqabilində imtahana belə gəlməyən tələbələr əvəzinə yazılı "imtahan” verən GDU məmurlarına CM-nin 311.2 maddəsinə görə cinayət işinin başlanılmasına sərəncam vermənizi xahiş edirəm".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər