Gündəm

“Siyavuş Novruzov Allahlıq iddiasına düşüb” - QALMAQAL
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov  "Azərbaycan” qəzetində başsağlığının pulla dərc olunması barədə danışarkən maraqlı fikir səsləndirmişdi.  "Başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. 


Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əmək haqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”, - deyə Siyavuş Novruzov bildirmişdi.

 

İlahiyyatçı Elşad Miri isə YAP-çı deputatın bu fikirlərini bölüşmür. O, "Yeni Sabah”a bildirib ki, başsağlığının pulla verilməsi, yaxud həmin pulla kiminsə maaşının ödənilməsində hər hansı qəbahət yoxdur. 

 

"Burda nə var ki? Kimsə təbrik verir, kimsə başsağlığı. Bu reklam xarakterli bir şeydir. Yəni qəzet öz səhifəsində müəyyən yeri həmin şəxsə satır. Burada qadağadan, haramdan söhbət gedə bilməz. Ümumiyyətlə, nəyinsə haram, yaxud halal olduğunu demək üçün Qurana istinad etmək lazımdır. Şəxsi mülahizələr əsasında nəyinsə halal yaxud haram olduğunu demək Allahlıq iddiasına düşməkdir. Görünür, Siyavuş Novruzov da Allahlıq iddiasına düşüb”,- deyə ilahiyyatçı vurğulayıb.

 

Elşad Miri əlavə edib ki, ümumiyyətlə bu məsələnin müzakirəsi gülüncdür. "Daha ciddi problemlər var, onlar barədə danışmaq lazımdır. Məsələn, Siyavuş Novruzov bir dəfə mənimlə cümə namazına gəlsin, xütbələri dinləsin. Görsün ki, nə danışırlar. 

 

Bir çox hallarda həmin xütbələr dindarların narazılığına səbəb olub. Bu məslələrə diqqət yetirmək lazımdır”. 


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər