Gündəm

Rəsmi qəzet qalmaqalı bir az da böyüdü - Dövlət qurumlarının nəşrləri hədəfdə
 
 
 
 
 
 
 
 

 
 

 
 
 
 

Son günlər Azərbaycanda rəsmi qəzetlərlə bağlı geniş müzakirələr gedir. Bəziləri bu qəzetlərin lazım olmadığını deyir, digərləri isə ümumiyyətlə ləğvini təklif edir.

Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

O, bu cür qəzetlərin mövcudluğunun vacib olduğunu deyib:

 

"Türkiyədə, ABŞ-da və s. ölkələrin rəsmi siyasətini ictimaiyyətə çatdıran KİV var. Bu cür qəzetlər mütləq olmalıdır. Amma bunların sayları nə qədər ola bilər? Bu, başqa məsələdir. 

Prezident Administrasiyasının, ayrı-ayrı təşkilatların, rəsmi qurumların qəzetləri də var. Dünya təcrübəsinə istinad etsək, deyə bilərik ki, Azərbaycanda rəsmi qəzet olmalıdır. Dövlətin siyasətini, qəbul olunan sənədləri, ümumiyyətlə ayrı-ayrı qurumların fəaliyyəti ilə bağlı ictimaiyyəti rəsmi qəzetlər məlumatlandırmalıdır". 

MŞ sədri Azərbaycanda ayrı-ayrı dövlət qurumlarının, nazirliklərin, komitələrin pul xərcləyib qəzet və jurnal buraxmasına təəssüfləndiyini deyib:

"Bu tipli qəzetlərin nə dərəcədə effektiv olması müzakirə edilməlidir: ayrı-ayrı komitəyə, struktura, nazirliyə qəzet lazımdır, yoxsa yox?! Çox təəssüf ki, Azərbaycanda ayrı-ayrı dövlət qurumlarının nəşrləri var və həmin dövlət qurumları öz fəaliyyətləri ilə bağlı məlumatları həmin nəşrlərdə yerləşdirirlər. Bu cür qəzetlərin tirajları nə qədər olur, bu məlumatlar geniş kütləyə çata bilirmi? Bununla bağlı müzakirə aparmaq olar".

Ə.Amaşov bu tipli nəşrlərin reklam bazarına mənfi təsir göstərdiyinə diqqət çəkib:

"Beləcə ölkədə reklam bazarı məhdudlaşır. Əgər qurum reklamla bağlı müəyyən büdcə ayırırsa, öz fəaliyyəti ilə bağlı məlumatları qəzetlərdə yaymır, ona sərf etmir və özünün nəşrini yaradır, bununla da həmin qurum özü ilə bağlı məlumatların ölkə ictimaiyyətinə geniş yayılmasının qarşısını alır. Sonda da bundan ayrı-ayrı qəzetlər maddi əziyyət çəkir". 

Mətbuat Şurasının sədri bölgələrdə çap olunan qəzetlərlə bağlı problemlərin mövcud olduğunu vurğulayıb:

"Bölgələrdə işıq üzü görən qəzetlərin xeyli hissəsi icra hakimiyyətlərinin orqanıdır, bu və ya digər mənada onlarla bağlıdır. Ayrılan sərmayələr nə dərəcədə səmərəli xərclənir? Bu kimi məsələlərdə problemlər yaranır. Bu da medianın müstəqil inkişafına mənfi təsir göstərir".

Qeyd edək ki, Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən "Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklərlə bağlı deputatlar arasında narazılıq yaranıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycan” qəzetində başsağlığı tipli yazıların qadağan olunacağını deyib.

Deputat, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə hakim partiyanın icra katibinin müavininin dediklərinə sərt reaksiya verib. O bildirib ki, başsağlığı yazıları qəzetin əsas gəlir mənbələrindən biridir, bu yazılar olmasa, qəzetin əməkdaşlarına maaş vermək olmaz.


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər