Gündəm

BMT təmsilçiləri ortaq mübarizəyə çağırış ediblər
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Belə çətin günlərdə səhiyyə sahəsindəki yeni texnologiyalar və elmi kəşflər azlığın sərvəti ola bilməz. Amma bununla belə, onlar hamı üçün əlçatan olmalıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus məlumat yayıb.

Mumt.az bildirir ki, COVID-19 pandemiyası baxımından "açıq elm” ideyasını dəstəkləmək məqsədilə BMT-nin bir neçə agentliyinin rəhbərləri çərşənbə axşamı ortaq mübarizəyə çağırış ediblər.

Konsepsiyanın əsas mahiyyəti, elmi fəaliyyətin şəffaflığına nail olmaq və elmi tədqiqatlardan və məlumatlardan hamının yararlana bilməsi üçün şərait yaratmaqdır.

"Əgər qabaqcıl texnologiyalardan onlara ən çox ehtiyacı olanlar istifadə edə bilmirlərsə, onda onlara nəyə lazımdır? Adətən gizli saxlanılan və ya intellektual mülkiyyət qanunları ilə qorunan məlumatların və informasiyaların mübadiləsi texnologiyanın inkişafını əhəmiyyətli dərəcədə sürətləndirə bilər”, - deyə Tedros söyləyib.

UNESCO-nun baş direktoru Odre Azulenin fikrincə, koronavirusun qlobal pandemiyası ilə mübarizə kontekstində elmi informasiyaya ümumi çıxışın təmin edilməsi çox zəruridir. "Məsələ ilə bağlı dünyanın elmi ictimaiyyətinin nümayəndələri tərəfindən göstərilən həmrəylik təşəbbüsü gələcəyin davranış modelidir”, - deyə Azule bəyan edib.

Xanım Azule onu da söyləyib ki, say nisbəti ilə götürdükdə pandemiyaya qədər elmi tədqiqatların yalnız dördüncüsü ictimaiyyətə çata bilib, milyonlarla alim isə həmkarlarının işləri ilə tanış ola bilməyib.

"Bu gün elmi fəaliyyətin qapalı modelləri artıq aktual deyil, çünki onlar ölkələr və alimlər arasında bərabərsizliyin artmasına gətirib çıxarır, elmi tərəqqi isə azlığın sərvəti olaraq qalır”, - deyə UNESCO-nun başçısı əlavə edib.

Onun sözlərinə görə, ölkələr üçün elmi informasiya mübadiləsi üzrə tövsiyələri özündə birləşdirən beynəlxalq sənədin ilk layihəsi UNESCO-da artıq işlənib hazırlanıb. Son versiyanın 2021-ci ilin axırınadək dövlətlər tərəfindən qəbul ediləcəyi gözlənilir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet isə öz növbəsində bildirib ki, qlobal pandemiya şəraitində elmi məlumat və texnologiyalarla mübadilə insan hüquqları məsələsidir. "İctimai səhiyyənin əsas prinsiplərindən biri ictimaiyyətlə tam və açıq qarşılıqlı əlaqənin yaradılmasıdır”, – deyə o bildirib.

Baçelet xatırladıb ki, pandemiya şəraitində elmi faktları inkar etmək və elmi əsaslandırılmış siyasi qərarları qəbul etməkdən imtina etmək cəhdləri əhali üçün fəlakətli nəticələrə gətirib çıxarıb.

Qeyd edək ki, o həmçinin dünyanın bütün sakinləri üçün koronavirus haqqında məlumatlara pulsuz giriş əldə etmək məqsədilə ÜST və "Vikipediya" arasında razılaşmanın əldə olunmasını alqışlayıb.

(Azərtac)

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər