Gündəm
Gündəm / Cəmiyyət
Bu təxribat mesajlarına inanmayın! – Düşmənin terror təhdidi
Azərbaycanda mülki əhalini raket atəşinə tutan ermənilər əhali arasında təşviş yaratmaq üçün müxtəlif telefon nömrələrindən vətəndaşlarımıza mesajlar göndərirlər.
Mumtv.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu gün Gəncə və digər cəbhəyanı yaşayış məntəqələrinin sakinlərinə aşağıdakı məzmunda SMS-lər daxil olub: "Ermənistan Gəncə şəhərini yenə də raket atəşinə tutmağa hazırlaşır. Hərbi obyektlərin yaxınlığında yaşayan bütün insanları sığınacaqlara yerləşməyə çağırırıq”.
Sakinləri bu tipli SMS-lərə aldanmamağa çağırırıq, bunların göndərilməsində əsas məqsəd əhali arasında təşviş yaratmaqdır. Sakinlərdən yalnız diqqətli olmaq və bu SMS-lərə inanmamaq xahiş olunur.