Gündəm

Beynəlxalq təşkilatlar ermənilərin İTV əməkdaşlarını atəşə tutmasını PİSLƏDİLƏR
 
 
 
 
 

 
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) çağırışına cavab olaraq, dünyanın 2 ən böyük jurnalist təşkilatı - Beynəlxalq Jurnalistlər Federasiyası və Avropa Jurnalistlər Federasiyası Azərbaycan İctimai Televiziyası əməkdaşlarının Azərbaycan –Ermənistan cəbhə xəttində sentyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalmalarını pisləyən bəyanat qəbul ediblər.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, bəyanatda jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi barədə dəqiq məlumatlar hazırlamalarının zəruriliyi qeyd edilib, münaqişə tərəflərindən isə tələb edilib ki, media işçilərinin təhlükəsizliyini təmin etsinlər.

"Bəyanatın digər bir mühüm tərəfi odur ki, müəlliflər Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın dəstəyi ilə separatçı rejimin nəzarəti altına keçdiyini açıq tekstlə ifadə ediblər”, deyə Müşfiq Ələsgərli bildirib.

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətdə saxlanılan Azərbaycan ərazilərində reportaj hazırlayan İctimai TV əməkdaşları sentyabrın 29-da Tərtər rayonu ərazisində qəflətən Erməni silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Şirkətə məxsus avtomobil silahlı hücum nəticəsində yararsız hala düşüb, TV əməkdaşları özləri isə çevik manevrlər edərək atəş altından çıxmağı, sağ qalmağı bacarıblar. Bununla paralel olaraq, ayrı-ayrı KİV nümayəndələri, o cümlədən, AzTV əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə atəşə məruz qalıblar. Bu isə Cenevrə Konvensiyasının tələblərinə ziddir.

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı beynəlxalq media təşkilatlarına müraciət edərək, Azərbaycan-Ermənistan cəbhə xəttində 27 sentyabr 2020-ci il tarixdən etibarən yenidən başlanmış döyüşlərlə əlaqədar jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atmağa, Ermənistanın hərəkətlərini pisləməyə çağırmışdı.
/Yenisabah.az/
 
 


Son xəbərlər

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Bütün xəbərlər