Gündəm
Gündəm
Belarus müxalifətinə cinayət işi açıldı, istefa başladı
Belarusda Müxalifətin Koordinasiya Şurasına qarşı cinayət işi açılıb.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Aleksandr Konyuk məlumat yayıb.
"Koordinasiya Şurasının yaradılması və fəaliyyəti hakimiyyəti ələ keçirmək, eyni zamanda Belarus Respublikasının milli təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyır. Faktla bağlı Cinayət Məcəlləsinin 361-ci maddəsi ilə cinayət işi açılıb”, - Baş prokuror bildirib.
Baş prokurorun sözlərinə görə, artıq bir neçə nəfər hərəkətlərinin qanunsuzluğunu başa düşdükləri üçün Şura sıralarını tərk edib.