Gündəm
Sərt karantin günlərində 40-a yaxın avtobus işləyib - BNA
Sərt karantin rejiminin tətbiq olunduğu 6-7 iyun 2020-ci il tarixlərində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan həyat əhəmiyyətli dövlət müəssisə və təşkilatlarına müvafiq dəstəyin göstərilməsi təmin olunub.
Mumtv.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, bu məqsədlə paytaxtın müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişindaşımaları icra edilib. Daşımalara ümumilikdə 40-a yaxın avtobus cəlb edilib. Əlavə sayda avtobus və sürücü heyəti isə hazır vəziyyətdə saxlanılıb:
"8-iyun səhər saat 6:00-dan isə müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları bərpa olunub. Sərnişin tələbatının ödənilməsi məqsədi ilə ümumi xətlərə 1900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20 faiz artıqdır.
Həmçinin, sosial məsuliyyət nümayiş etdirərək sərt karantin rejimi qaydalarına anlayışla riayət etdiklərinə görə vətəndaşlarımıza təşəkkür edirik. Bir daha sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən tibbi maskalardan istifadə etmələrini tövsiyə edirik".