Gündəm

Emin Əmrullayev bu məktəblərin direktorlarına tapşırıq verdi

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən daha bir qrup ümumi təhsil müəssisəsinin direktoru ilə görüş keçirib.

"MUMtv.az" xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, eləcə də Sabunçu rayonunun məktəb direktorları iştirak ediblər.

Emin Əmrullayev ümumi təhsil sahəsindəki islahatların əsas istiqamətləri, 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələlər haqqında söhbət açıb.

Nazir bildirib ki, ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə yönəlmiş kompleks tədbirlər hər zaman aktualdır. Çünki təhsil sahəsindəki qlobal rəqabət daha çevik addımları və yeniliklərin tətbiqini zəruri edir.

Ümumi təhsil müəssisələrinin səmərəli fəaliyyətini genişləndirmək üçün əsas hədəfləri sadalayan Emin Əmrullayev bu prosesdə yenilikçi və yaradıcı məktəb idarəetməsini prioritetlərdən biri kimi vurğulayıb. Nazir məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin icra vəziyyətini və təhsildə keyfiyyətin artırılmasına xidmət edən fəaliyyətləri təhlil edib, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamların üzərində xüsusi dayanıb.

Nazir görüşdə ümumi təhsilin qarşısında duran müasir çağırışlar, vətəndaş məmnunluğunun artırılması, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə də diqqət çəkib.

Təhsil sahəsində vətəndaşlara göstərilən elektron xidmətlərdən daha effektiv istifadənin əhəmiyyətinə toxunan Emin Əmrullayev bu sahədə mövcud olan real imkanların şəffaflığı artırdığını vurğulayıb.

Məktəblərdə öyrənmə mühitinin təkmilləşdirilməsi və yaradıcı yanaşma üçün yaradılan şəraitdən söz açan Emin Əmrullayev, həmçinin idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətini nəzərə çatdırıb.

Görüş zamanı məktəb və müəllim nüfuzu, təhsil müəssisələrindəki qabaqcıl təcrübələrin genişləndirilməsi ətrafında müzakirələr aparılıb. Məktəblərdə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində təkliflər irəli sürülüb və bu sahədəki problemlərin həlli yolları müzakirə olunub.

Nazir sağlam mənəvi-psixoloji mühitin qorunması, qarşılıqlı etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb və bunlarla bağlı müvafiq tövsiyələrini verib.

Görüş çərçivəsində məktəb direktorları qarşılaşdıqları problemlər və digər müvafiq mövzular barədə söz açıb, qeyd olunan məsələlərin həlli yolları müzakirə edilib.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb, təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Qeyd edək ki, paytaxtın məktəb direktorları ilə görüşlər davam etdiriləcək.


23-12-2024, 12:41

Son xəbərlər

Dövlətin nəhəng şirkətləri özəl sektora açıq ELAN EDİLƏCƏK

Qəzzada 1000-dən çox İsrail əsgəri öldürülüb

“İrşad” gömrük qaydalarını pozur… Cərimələnə bilər

Tanınmış idmançının direktor olduğu şirkətə 1,8 milyonluq sifariş

Oktyabrda böyük sevgi yaşayacaq 3 BÜRC

Əlilliyin qiymətləndirilməsi ilə bağlı dəyişiklik

Baş nazirdən əmək pensiyaları ilə bağlı QƏRAR

"Balaxanı Oil" şirkətinə ŞOK talançılıq İTTİHAMI

Bu zənglərə reaksiya verməyin!

Qızılın qiyməti maksimuma çatdı

"Bu Qəzənfər kimdir ki, bunun havadarlıq etdiyi adam özünü Prezidentdən üstün sayır?!"

MDB Oyunları: 8 idman növü üzrə yarışlar təşkil olunacaq

Şirvan İcra Hakimiyyətində narazılıq yaradan müavin - Orxan İbrahimov nə etmək istəyir?

Əli cibində 3 qızıl medal qazandı - VİDEO

Pedaqoq Nigar Məmmədova: "Bu peşəyə bu qədər bağlanacağım ağlıma gəlməzdi"

İngilis dili müəllimi Səadət İmamquliyeva: "Bütün uğur və nailiyyətlər müəllimlərlə olsun"

Pedaqoq Arzu Qurbanova: "Müəllimlə valideyn bir olmalıdır"

Beynəlxalq təlimçi, müəllim Vəfa Abdalova: "Yaxşı pedaqoq ilk növbədə yaxşı psixoloq olmalıdır"

Pedaqoq Asiya Ağalarova: "İş prinsipim vicdanlı və qərəzsiz olmaqdır"

SON UÇUŞ

Ağdamda 12 min manatlıq pensiya dələduzluğu

Bakı İqlim Fəaliyyəti Həftəsi başa çatdı

Sumqayıtda 35 yaşlı qadın itkin düşdü — FOTO

Azərbaycanın qılıncoynatma komandası bürünc medal qazanıb

AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN DAHA BİR "GÖRMƏMƏZ" LİYİ – Naxçıvan gömrüyündən maneəsiz keçən narkotik

Bu universitetlərin diplomları tanınmır – Siyahı

Oqtay Həmzəyevin Gürgən bağlarında macəraları….

Xaçmazda məişət tullantılarının yığılıb qalması narazılıq yaradıb

“Dost” estetik mərkəzində Gülbadə Abdullayeva necə estetik əməliyyatlar edir?-Videofakt

Ayaq əyriliyini düzəltdirmək istədi, yerişindən oldu - VİDEO

Alimlərdən Pompeylə bağlı sensasion kəşf

Bakıda tikilən nəhəng gəminin görüntüləri - VİDEO

Bütün xəbərlər