Gündəm

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

MUMtv.az: - Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması ilə təhsil sektorunda bir sıra kadr yerdəyişmələri baş verdi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva tutduğu vəzifədən azad edilərək, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini təyin edildi. Hazırda Mehriban Vəliyeva Bakı şəhəri üzrə Təhsil İdarəsinə müvəqqəti rəhbərlik etsə də, bu vacib struktura hələ də rəhbər təyin edilməyib.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ən böyük və mühüm strukturlardan olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin yeni rəhbərinin kim olacağı isə hər kəsdə ciddi sual və maraq doğurur.

Editor.az-a bu xüsusda yeni informasiya daxil olub. Məlumata görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri postuna hazırda Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri kimi çalışan Anar Qədiməliyev hazırlanır. Bununla bağlı artıq müvafiq təqdimatın hazırlandığı və 2024-cü ilin ilk həftəsində təyinatın baş tutacağı qeyd olunur.

Bakı təhsilinin yeni rəhbəri kim olacaq? — “Artıq qeyd etməyə başlayıb…”

Anar Qədiməliyevin özünün də artıq bu mühüm posta hazırlaşdığı və bu təyinatı yaxın çevrəsi ilə qeyd etməyə başladığı bildirilir.

Editor.az-ın internet resursları üzərindən apardığı araşdırma zamanı Anar Qədiməliyevin təhsil sektorunda müsbət imicə malik olmadığı üzə çıxıb. Mətbuatda dərc olunan bir sıra materiallarda A.Qədiməliyev “Soros fondu” ilə yaxın əməkdaşlıqda, korrupsiyada, qanunsuz formada hərbi xidmətdən yayınmaqda və bir sıra digər qalmaqallı məsələlərdə ittiham olunub.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər