Gündəm

"Mən xahiş edirəm o xəbərlərin əsaslı və ya əsassız olduğunu təyin etmək üçün kəndə gələsiniz. Buyurun, gəlin, evimi çəkin. Mən nə lazımdırsa göstərməyə hazıram.  Kiminsə məni əsassız, sübutsuz yerə ittiham etməyə haqqı yoxdur. Məni ancaq müvafiq orqanlar ittiham edə bilər”.

Turkustan.info xəbər verir ki, bu sözləri news24.az-a açıqlamasında Nərmin Quliyevanın qətli ilə bağlı yayılan səs yazısında adı çəkilən Altay Ələkbərov deyib. Haqqında yayılan xəbərlərin əsassız olduğunu deyən A.Ələkbərov onun nə zirzəmisi, nə də ikinci evi olmadığını bildirib: "Belə şeylərlə ciddi məşğul olunmalıdır. Həqiqətləri bilmək üçün bura gəlməyiniz gərəkdir. Siz istəsəniz də, mənim hansı vəziyyətdə olduğumu bilə bilməzsiniz. Yaşanan hadisənin ailəmizə necə pis təsir göstərdiyini anlaya bilməzsiniz.

Nərminin yandırıldığı yerlə mənim evimim arasında 1 kilometr və 22 ev qədər məsafə var. Deyir, onu arabada aparmışam. Belə şey ola bilər? Hansı axmaq o qədər məsafədə taqqa-taq nəsə aparar?  Bunları danışan kənddə hər kəsi söyən, təhqir edən adamdır. Onun adına 10 cinayət işi açılıb. O yalandan insanları işə düzəltmək adı ilə aldadıb. Əgər, bu sözləri tutarlı insan desəydi, mən dizi üstdə sürünə-sürünə gələrdim, mediayaya yalvarardım ki, açıqlama verim”.

Altay Ələkbərov söhbət əsnasında üstündə silahla gəzməsi haqda deyilənlərə də aydınlıq gətirib: "Sizcə, bu necə ola bilər? Mən qoçuyam bəyəm silahla gəzim? Bu ölkənin qanunu, hüquq-mühafizə orqanları var. Kimə belə gəzməyə icazə verərələr? Nə silah, nə sataşma? Namusumuzla, qeyrətimizlə yaşayan ailəyik”.

A.Ələkbərov sözügedən səs yazısında adı çəkilən digər iki şəxsi – Ələkbərov Asif Əkbər oğlunu və Rzayev Vüsal Tərlan oğlu adlı adamların hazırda Dondar Quşçuda olmadığını da qeyd edib: "Qabilin videoda adlarını çəkdiyi insanlar heç bu kənddə yaşamırlar. İlkin Süleymanovu isə yaxından tanımıram. İlkin kim, mən kim? Onun 47, mənimsə 37 yaşım var. Ancaq bilirəm ki, özünəqapalı şəxsdir, kəndçimizdir. Aramızda yaş fərqi var. Mənim onunla nə münasibətim ola bilər? Koskocaman adamdır. Onun haqqında məlumatlar verilib”.


Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər