Gündəm

Nərminin nənəsindən sensasion açıqlama:

"Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”.Mumtv  xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib. O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:

"Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.

Minayə İsmayılova Nərminin qətlindən sonra qızı və kürəkəni ilə münasibətləri kəsdiyini deyib. O, nəvəsinin ölümündə qızı və kürəkəninin də günahı olduğunu iddia edib:

"Qızım uzun müddət İlkinin yeznəsi işləyən kafedə işləyib. Dəfələrlə kürəkənim Şərifin İlkinin yeznəsi İbişlə mübahisələri düşüb. Hətta İbişi bıçaqlamaq istəyib. 3-4 ay əvvəl qızım mənə zəng etdi ki, Şərif məni öldürmək istəyir. Getdim ki, Şərif kafenin ətrafında əlində bıçaq gəzişir. Dedim nə məsələdir, qızımla nə işin var? Dedi ki, qızınla deyil, İbişlə işim var. Sonra oradan uzaqlaşdı. Şərifi polis şöbəsinə də şikayət etmişdim. Kürəkənim qızımın həmin kafedə işləməsini istəmirdi. Dəfələrlə eşitmişəm, deyirdi ki, İbişi öldürəcəyəm. Nərminin başını da elə onlar – ər-arvad yedilər. Nə qızımla, nə də kürəkənimlə münasibətim var. Gediş-gəlişimiz yoxdur. Qızım dəfələrlə məni təhqir edib. O uşağın əziyyətini mən çəkmişəm. Kafelərdə işləyə-işləyə, əlim sularda, kirayələrdə qala-qala zülmlə Nərmini böyütmüşəm. Elə saxlamışam o qızı… İndi də yanıb-tökülürəm. O uşağa heyfim gəlir, balam yazıq oldu. Deyirəm ki, niyə o günə qoydunuz o uşagı? Nərmin qızımın qayınanasının evindən çıxmayıb. O uşağın ölümünə görə onları danışdırmıram, evimə də buraxan deyiləm. Qızım evində otursaydı, Nərmin belə olmazdı. Hər gün əri ilə işləməyin üstündə dava idi. Hələ indi də iş davası edir. Uşağı ölüb, iş və ev davası edir. Sən niyə Bakıdan ev istəyirsən? Mənim uşağım olmayandan sonra evim heç olmasın. Neynirəm, uşaqsız o evi? Qızım da olsa, sözün düzünü, ümumiyyətlə, kimin nəyi varsa, üzünə deyirəm”.

Xatırladaq ki, Nərminin qətlində ittiham olunan İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib./Sfera.az 

Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər