Gündəm
Gündəm / Siyasət / Dünya
Erməni keşişin tərəfdarları delimitasiya ilə bağlı əsasnaməyə etiraz edirlər
Ermənistanda keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirirlər.
"MUMtv.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Onlar “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə”nin Ermənistan prezidenti tərəfindən təsdiqlənməsinə etiraz edirlər.
Etiraz aksiyasının prezidentin əsasnaməni imzalamasından əvvəl keçirilməsi planlaşdırılırdı. Lakin bir neçə saat əvvəl Vaaqn Xaçaturyan onu artıq imzalayıb.