Gündəm
Gündəm / Cəmiyyət
Sərhədin delimitasiyası qaydaları ratifikasiya üçün parlamentə göndərilib
Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası qaydalarını ratifikasiya etmək üçün onu parlamentə göndərib.
"MUMtv.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, parlamentin bunu nə vaxt müzakirə edəcəyi məlum deyil. Baş nazirin müavini, eyni zamanda komissiyanın erməni tərəfinin rəhbəri olan Mher Qriqoryan layihənin parlamentdəki məruzəçisi təyin edilib.
Xatırladaq ki, layihə Ali Məhkəmədə araşdırılıb və üç gün ərzində Ali Məhkəmənin hakimləri onun Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğu barədə qərar veriblər.