Gündəm

Dəmir Yollarının rəhbərliyi vətəndaşlara görün necə kələk gəlir - BU DA FAKT!!!

MUMtv.az: - Azərbaycan Dəmir Yollarının bir neçə il əvvəl Avropa istehsalı olan sürət qatarlarını ölkəyə gətirməsi sərnişindaşımada böyük canlanma yaratdı.

Xüsusilə, Bakı-Gəncə-Bakı marşurutunda müasir Statdler qatarlarının istifadəyə verilməsi insanların böyük məmnuniyyətinə səbəb olmuşdu.

Son zamanlar qatarla səyahətə maraq göstərnlərin sayının çoxalması Dəmir Yolları qarşısında yeni tələblər ortaya çıxardı.

Dəmir Yollarının rəhbərliyi vətəndaşlara görün necə kələk gəlir - BU DA FAKT!!!

Ancaq Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin yeni rəhbərliyi sərnişindaşımada say artımına nail olmaq üçün görünməmiş fırıldağa əl atıb.

Qurumun rəsmi açıqlamalarında qrafikin sayının artdığı, yeni vaqonların xəttə buraxıldığı deyilib.

Ancaq əsl həqiqət insanlardan gizlədilib.

Belə ki, müasir vaqonlarla Bakı-Gəncə yaxud da Gəncə-Bakı marşurutundan istifadə edən insanlar bu məsafələri 3 saat 40 dəqiqəyə rahat şəkildə gedə bilirdi.

Lakin məlum olub ki, xəttə buraxılan vaqonlar 80-ci illərdə istifadə olunan vaqonlardır. Onlarda müəyyən kosmetik işlər aparılsa da müasir vaqonlardan mənzil başına çatma vaxtına görə az qala 2 dəfə geri qalır.

Ən təəccüblüsü isə odur ki, bu qatarlara da bilet “Statdler”ə olan qiymətə – 15 manata bərabərdir.

Olayın şahidi olan Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimlinin Gəncə vağzalında üzləşdiyi olaya dair çəkdiyi görüntüləri təqdim edirik.

Video burada !

Ekspert İlqar Hüseynli Gununsesi.info-ya deyib ki, sərnişindaşınmanın əsas əhəmiyyətli yükünü öz üzərinə götürən xidmət sektorunun da biri dəmir yolu daşınmalarıdır:

“Dəmir yolu daşınmaları zamanı əgər xidmətdəki keyfiyyətin yaxşılaşdırılmasından söhbət gedirsə, o zaman həmin keyfiyyətli xidmət, həm vaxt baxımından qənaəitcil olmalıdır, həm yeni daxil olan vaqonların komfortu, dizaynı, onun bütün texniki göstəriciləri, parametrləri müasirləşdirilməlidir ki, xidmətli keyfiyyətdən söhbət gedə bilsin. Azərbaycan dəmir yolu sistemi nəqliyyat növü olaraq sərnişin daşınmada ola bilər ki, ziyanla işləsin, yəni rentabelli olmasın, bunu sərnişinlərə çox açıq mesajlarla çatdırmaq olar. Birincisi, qatarların sayının artırılmasını elə təşkil etmək olar ki, orada daha çox sərnişin daşınsın və daha çox dəmir yolunun maliyyə imkanlarının artırılmasına köməklik etsin. Yox, əgər keçmiş dövrdən qalmaq qatarları biz ora daxil ediriksə, onu da qoşarkən, sərnişinlərə rəsmi bəyan etmək lazımdır ki, məsələn, artıq insanların yay mövsümü, məzuniyyət müddəti başa çatır, Bakı şəhərində işləyən, çalışan tələbələr artıq Bakıya geri dönüş edirlər. Bunun obyektiv-subyektiv səbəbləri var. Bilirsiniz ki, Universitetə qəbul olan tələbələrin sayı kifayət qədər çoxdur, onlar ev axtarışı, digər məsələlərlə bağlı daha tez gəlirlər. Dəmir Yolları elan etməlidir ki, sərnişindaşınmada yaranan sıxlığı aradan götürmək, daşınmanı təşkil etmək üçün, məcburiyyət qarşısında qalıb bu vaqonları qoşuruq. Azərbaycan vətəndaşları üçün sentyabr ayı ərzində yaranacaq bu narahatlığa görə onlardan üzr istəyirik. İki kateqoriyada biz biletlər satılmalıdır. Biri komfortsuz vaqonlar üçün, digəri isə komfortlu vaqonlar üçün olmalıdır. Məsələn, əvvəl sovetlər dövründə SV, plaskart, ümumi vaqonlar var idi. Yəni, kateqoriyaya görə də qiymətlər dəyişirdi. Bunu da vətəndaşlara tətbiq etmək mümkündür. Mən düşünürəm ki, bu vətəndaşların mənafelərinə zidd olan bir məsələdir. Üstəlik, bir halda ki, burada zamana az qalmış, Bakıya çatış müddəti artırılırsa, bu, bir daha vətəndaşların sosial hüquqlarına, haqlarına qarşı olan mənfi bir hərəkətdir və bunun qarşısı alınmalıdır”.//Gununsesi.info


Son xəbərlər

Trampa dəstək üçün ilk dəfə təkbaşına mitinq keçirdi

Müəyyən tənzimləmələr nəzərdə tutulur - COP29 dövründə

Riskli vəziyyətlər və xərclər ön plana çıxa bilər - BÜRCLƏR

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyənləşir

Protez əllər düşüncə gücü ilə hərəkət etdirildi - Alimlərdən uğurlu sınaq

COP29 müddətində SMS icazə tətbiq olunacaq?

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərman satıb

Bu ölkədə “Zelenskinin məhkəməsi” keçirildi - Kuklası isə asıldı

Ruben Vardanyan barədə qərar verildi

Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...

Füzulinin yeni növrağı - VİDEO

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

“Google”dan Azərbaycanla bağlı maraqlı addım

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

“AzerGold” 4-cü “Rebuild Karabakh” sərgisində iştirak edib - FOTO

“AzerGold” QSC tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Bütün xəbərlər