Gündəm

MSK seçki bülletenlərinin paylanmasına başladı

Bu il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlayıb.

"MUMTv.az" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin müvafiq struktur bölmələrinin əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədr və katiblərinin iştirakı ilə açıq və şəffaf reallaşan prosesi beynəlxalq və xarici təşkilatların, seçki müşahidə missiyalarının, media mənsublarının və maraqlı subyektlərin yaxından izləmələri üçün hərtərəfli imkan yaradılıb.

Media nümayəndələrinin geniş və operativ işıqlandırdığı proseslə tanışlıq zamanı seçki bülletenlərinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və aidiyyəti üzrə çatdırılmasının təşkili barədə ətraflı məlumat verilib, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması üç gün davam edəcək və avqustun 26-da başa çatacaq. Bülletenlərin ilk gün – avqustun 24-də Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, o cümlədən ucqar rayonları əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 40 seçki dairəsinə, növbəti iki gün ərzində isə respublikanın bütün digər seçki dairələrinə qanunvericiliyin tələblərinə uyğun qaydada təhvil verilməsi və prosesə yekun vurulması nəzərdə tutulur.

Yüksək təhlükəsizlik şəraitində hazırlanan və qorunan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Xatırladaq ki, Milli Məclisə seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, avqustun 15-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6516567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteni çap olunub.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təhvil veriləcək.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər