Naməlum şəxs Rusiyanın Başqırıstan Respublikasında yerləşən kafelərdən birində tapançadan istifadə etməklə bir neçə dəfə atəş açıb.
REN TV məlumat verir ki, Kumertau şəhərində baş verən hadisə zamanı bir masa arxasında əyləşən şəxslər arasında mübahisə yaranıb, nəticədə, tərəflərdən biri silaha əl ataraq davamlı atəş açmağa başlayıb.
Hadisəni törədən şəxs qaçmağa macal tapıb.
Hüquq-mühafizə orqanları onu axtarır.
İnsident nəticəsində xəsarət alan olmayıb.