Gündəm

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və "My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

"MUMtv.az"ın "Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan edilib.

İttihamda deyilir ki, Nuridə Seyidovaya məxsus sözügedən şirkətlərdən birinin ofisi Heydər Əliyev prospektindəki "Çinar Plaza”da, digəri Əhməd Rəcəbli küçəsindəki "Amara Plaza”da yerləşib.

N. Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza”dakı ofisdə alıb. İş üzrə 36 nəfər zərərçəkmiş kimi tanınıb. Bunlar hər biri azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Kimisi evini satıb, kimisi gəlir yeri və satmağa heç nəyi olmadığı üçün başqalarından borclanıb.

Topladıqları bütün pulları təqsirləndirilən şəxslərə veriblər. Zərərçəkmiş şəxslər istintaqdakı ifadələrində deyiblər ki, "Urmedhelp” və "My Doc Tour Medical Tourism” şirkətləri barədə sosial şəbəkələrdən məlumat alıblar.

Saytlarındakı telefon nömrəsinə zəng vuraraq əlaqə saxlayanda Heydər Əliyev prospektindəki ofisə dəvət olunublar. Orada övladlarının xəstəlik sənədlərini təqdim ediblər, onlara övladlarının müalicəsi üçün Türkiyənin Antalya şəhərində yerləşən "Antalya Medical Park” təklif olunub.

Sonra zərərçəkənlərdən yola çıxmaq üçün başqa sənədləşmələr və pullar toplanıb. Bu proseslər əsasən 2022-ci ildə baş verib. Bəzi valideynlər xəstə övladları ilə gedərək həmin xəstəxanaya yerləşiblər. Ancaq sonradan onlara heç kimin sahib çıxmadığını görəndə geri qayıdıblar. İstintaqın sonradan zərərçəkən kimi tanıdığı vətəndaşlar işin uzandığını görəndə, vədlərin yalan olduğunu anlayanda, pullarını və sənədlərini geri tələb ediblər. Buna nail olmayanda isə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Təqsirləndirilən xanımlardan yalnız Nuridə özünü qismən təqsirli bilir, Aynur və Aysel isə özlərini günahsız hesab edir.

Maraqlısı isə budur ki, ev dustaqlığında olan Aysel özünü təqsirli bilməsə də, xeyli zərər ödəyib: "Bir tərəfdən deyirsən təqsirsizəm, digər tərəfdən nə qədər ziyan ödəmisən. İlginc...”, - prosesə sədrlik edən hakim deyib.

Təqsirləndirilən şəxslərin məsum olduqlarını demələri xəstə uşaqların valideynlərinin etirazına səbəb olub. Onlar zalda səs-küy salıblar. Hakim Azad Məcidov zərərçəkmişləri anladığını deyərək onlara müraciət edib: "İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq. Sizi anlayırıq, amma xahiş edirik, imkan verin, prosesi aparaq”.

Bundan sonra zalda susqunluq yaranıb. Növbəti iclas mayın 1-nə təyin edilib.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.


Son xəbərlər

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Bütün xəbərlər