Gündəm

Azərbaycanda məhkəmə müğənniyə bəraət verib
Xuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.

"Report”un xəbərinə görə, sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.

Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Hazırda şikayət və protestə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, müğənni E.Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib: "Həmin verilişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğəninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm. Belə ki, 2019-cu il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər”.

Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər