Gündəm

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Xalqa zəhər yedirən iki məmur - Şahin Bağırov və Qoşqar Təhməzli haqda Baş Prokurora müraciət edildi

Saat24.az: - Rusiyada "Krokus" konsert zalında, İranda Kirman şəhərində anım yürüşündə terror törədilirsə, şimal və cənub qonşularımızdan fərqli olaraq, Azərbaycan təhlükəsizlik adası olaraq nümunəvi dövlətdir. Lakin bizim ölkəmizdə olan "terror" və "təhlükəsizlik" problemi qida sektorundadır.

Respublikada "qida terroru" ən dəhşətli şəkildə tüğyan etməkdədir. Buna şərait yaradan isə müftəxor, korrupsioner, xalqın övladlarının genefonduna qənim kəsilmiş "qida terrorçu" su olan məmurlardır. Bir qədər sonra təqdim edəcəyimiz faktlar Niderlandda, Avstriyada, Yaponiyada açıqlansaydı, nəinki bu cinayətə qol qoyan məmurlar işdən qovulardılar, ən ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilərdilər. Amma Azərbaycanda toxunulmaz şəxs kimi özlərini aparan bu yırtıcı məmurların xalqa düşmən kəsilməsi ucbatından hər gün milyonlarla insan orqanizmə zərərli, ağır xəstəliklər yaradan, onkoloji problemlərə yol açan qidalardan istifadə edir. Bəs, deyə bilərsiniz ki, konkret olaraq nəyi nəzərdə tutursunuz? Gəlin onda tanış olaq:

Əvvəla, Azərbaycan yeyinti məhsulları istehsal etsə də, əsasən idxaldan asılıdır. Yəni "Azərsun", "Milla" və bazarda digər qida istehsal edən müəssisələr mövcuddur. Hərçənd onların istehlakçıya təklif etdiyi məhsullar da keyfiyyətli deyil. Lakin əsasən qida məmulatları xaricdən idxal olunur. Bunu marketlərin vitrinlərində hər gün müşahidə edirik. Amma ölkəyə gətirilən məhsulların nə dərəcədə keyfiyyətli olduğunu söyləmək gülməli olar. Çünki Rusiya, İran və digər ölkələrin "üçüncü respublikalar üçün" istehsalı olan məhsulları gətirilir. Təbii ki, buna nəzarət iki qurumun üzərindədir - Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi...

Hazırda hər iki orqan xalqa zəhərli, xəstəlik mənbəyi olan və övladlarımızın inkişafına zərbə vuran məhsulların idxalına şərait yaradır. Biri gömrükdən zay malları buraxır, digəri də həmin qidanın keyfiyyətini və təhlükəsizliyini başdansovdu yoxlayıb yola verir. Bununla da məlum olur ki, gömrük şefi Şahin Bağırov və qida təhlükəsizliyinə cavabdeh Qoşqar Təhməzli Azərbaycan xalqına zəhər yedirir. Anaxeber.info bildirir ki, bu iddianı biz səsləndirmirik, Huriyyet TV efirində aparıcı və verilişə səs göndərərək faktlar təqdim edən bir yük maşını sürücüsü təsdiq edirlər. TIR sürücüsü bildirir ki, Rusiyadan Azərbaycana 100 tonluq yağ gətirilib. Ancaq məhsulun nəinki marqarin olduğu, ümumiyyətlə, marqarinin əvəzləyicisi olduğu üzə çıxıb. Belə desək, bir var zay məhsul, bir də var zir-zibil... Sürücü bu barədə xəbər tutanda səbəbini soruşub, ona cavab verilib ki, tort bişiriləcək. Hər halda, bütün ölkə tort yemir ki, bu qədər marqarin əvəzi bir öldürücü yağa tələbat olsun. Həmin məhsul gömrükdən keçirilib və "Meyvəli"yə gətirilib, oradan da satış məntəqələrinə paylanıb. Bu qədər sadə bir "qida terroru" və nə Şahin Bağırov, nə də Qoşqar Təhməzli bu cinayətdən narahat olurlar. Axı özləri və yaxın çevrələri bu yağlardan istifadə etmir, niyə də veclərinə olsun ki?!

Sürücü həmçinin, başqa məhsullar haqda da oxşar məlumatları canlı efirdə açıqlayıb. Və görünən budur ki, tükürpədici qida cinayətləri törədilir, di gəl, aidiyyatı orqanlar göz yumur, millətin apteklərdə, xəstəxanalarda qalmasına rəvac verir. Bu, birbaşa cinayət məsuliyyəti yaradır və araşdırma aparılmasını zəruri edir. O baxımdan aparıcı efirdə Baş Prokuror Kamran Əliyevə müraciət edərək bu istiqamətdə təhqiqat aparılmasını xahiş edib. Jurnalist bildirib ki, gömrük şefi Bağırov və agentlik sədri Təhməzli barəsində yoxlama olmalıdır. Hər iki məmur xaricdən idxal olunan keyfiyyətsiz məhsulların bazarlara çıxmasına şərait yaradırlar. Halbuki əhali və dövlət onlara güvənib, inanıb ki gömrük və qida agentliyi bu sahəyə nəzarət edir. Onlar isə... //Anaxeber.info


Son xəbərlər

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - FOTOLAR // VİDEO

İlham Əliyev Yan Vanmini qəbul etdi

Xalq artisti estetik cərrahı məhkəməyə verdi

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz - VİDEO

Həbsdən çıxan kimi ilk bu yerə getdi - FOTO

Rusiyada polis postuna silahlı hücum edildi - Ölənlər var

İntihar etməyi düşünən insanlar daha çox bu sözləri işlədir

Bütün xəbərlər