Gündəm

Həbsdəki icra başçılarından xəbər var: Yeyib-içir, TV seyr edir, futbol oynayırlar...

MUMtv.az: - Azərbaycanda cəzaçəkmə müəssisələri ilə bağlı problemlər yeni deyil. Cəmiyyətdə belə bir rəy var ki, dəmir barmaqlıqlar arasında olmasına rəğmən imkanlı məhbusların günü heç də pis keçmir. “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin həbsi bu müzakirələri yenidən alovlandırdı.

İllər əvvəl məhbus həyatı yaşamış tanınmış siyasətçi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu mövzuda Yenisabah.az-a açıqlama verib. Siyasətçi bildirib ki, imkanlı və vəzifəli məhbuslar üçün içəri və ya çöl arasında heç bir fərq yoxdur:

“Məlum olduğu kimi, Azərbaycanda bir çox şey pula bağlıdır. Ona görə də bir çox tanınmış və vəzifəli şəxs içəridə də lüks həyat yaşayır. Bu cür insanlar üçün çöl və ya içərinin fərqli yoxdur. Sadəcə, onlar biraz təcridolunmuş vəziyyətdə yaşayırlar. Onlar türmədə olsalar da gəzirlər, yeyib-içirlər, idman edirlər, televizora baxırlar, futbol da oyanyırlar. Həbsxana onlar üçün sanatoriyadan fərqsizdir. Kimin imkanı, pulu var həbsdə də kefi istədiyi kimi yaşayır”.

Hafiz Hacıyev bu işin türmə rəislərinin biznesinə çevrildiyini qeyd edib.

“Hər halda türmə rəislər bu işləri daha yaxşı bilir, onlar bu işdən yaxşı qazanırlar. Onların da biznesi budur. Varlılar, korrupsionerlər tutulanda onlar toy-bayram edirlər. Bu reallıqdır və bunu gizlətməyin heç bir mənası yoxdur. Bu barədə dəfələrlə tədbirlər görülüb, həbslər olub. Amma buna baxmayaraq müəyyən qüvvələr öz işlərini görür”.

Sonda siyasətçi deyib ki, hazırda məhbus həyatı yaşayan əmisi oğlu, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevlə bağlı heç bir məlumatı yoxdur: "Əlaqə saxlamırıq", //demokrat.az


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər