Gündəm

Səfərbərlik Xidmətinin 136 əməkdaşı məsuliyyətə cəlb edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin  may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb.

"MUMtv.az" xəbər verir ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. 2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə 6 fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün Xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib.

Qeyd edək ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Son xəbərlər

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Bütün xəbərlər