"Qafqaz ölkələrinin etnik mənsubiyyətlərinin və mədəni irslərinin araşdırılması” adlı uzunmüddətli layihəyə start verilib.
Trend-in məlumatına görə, layihənin məqsədi Azərbaycanda yaşayan etnosların tarixi, dili və mədəniyyətini araşdırmaqdır. Layihə çərçivəsində gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini bilən mütəxəssislər/tərcüməçilər tələb olunur. Həmin dilləri bilən və aşağıdakı parametrlərə cavab verən şəxslərin CV məlumatlarının arashdirma2020@gmail.com elektron poçt ünvanına göndərilməsi xahiş olunur:
Gürcü, ləzgi, udin, erməni, avar və qrabar dillərini sərbəst - "upper intermediate” və daha yuxarı səviyyədə bilmək;
Qafqazşünaslıq üzrə başlanğıc səviyyədə məlumatlı;